Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 16-da ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş ümumi çəkisi 1,8 tondan artıq 5 min 283 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.