17 iyul 2025 16:30
131

Bakıda 6 ayda 12 qəsdən adam öldürmə cinayəti baş verib

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin birinci yarımilində törədilən 12 qəsdən adam öldürmə cinayətlərinin hamısının açılması təmin edilib.

“İki sahil” xəbər verir ki, bu barədə bu barədə Baş Prokurorluqda keçirilmiş Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, oğurluq, mənimsəmə və israf etmə, dələduzluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlər, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma, adam oğurluğu, quldurluq, ekoloji cinayətlərin sayında isə artım müşahidə olunub.