17 iyul 2025 11:45
108

Qızılağac Milli Parkında yanğın təhlükəsizliyinə dair tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Milli Parkı ilə birgə “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda nəzəri-praktiki tədbir keçirib.

FHN-dən "İki sahil"ə verilən xəbərə görə, Qızılağac Milli Parkında keçirilən tədbirə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumlarının canlı qüvvə və texnikaları qüvvələri cəlb edilib.

Tədbirin nəzəri hissəsində açıq ərazilərdə yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətindən danışılıb, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb, birgə əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər müzakirə olunub.

Tədbirin praktiki hissəsində təbiət ərazilərində, o cümlədən meşə sahələrində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.