Komandamızın UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə ilk oyununun hakimləri müəyyənləşib.
“İki sahil” xəbər verir ki, II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə keçiriləcək səfər görüşünə Xorvatiyadan olan ədalət təmsilçiləri təyinat alıb.
İyulun 23-də Dublindəki “Tolka Park”da baş tutacaq qarşılaşmanı Ante Çulina idarə edəcək. Luka Puşiç və İvan Mihali oyunun baş hakiminin köməkçiləri olacaqlar. Mateo Erceq dördüncü hakim funksiyasını yerinə yetirəcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
22:45. “Şelburn” - “Qarabağ”
Baş hakim: Ante Çulina
Baş hakimin köməkçiləri: Luka Puşiç, İvan Mihali
Dördüncü hakim: Mateo Erceq
VAR: Mario Zebec
AVAR: Tixomir Pejin
(hamısı Xorvatiya)
Dublin, “Tolka Park” stadionu