21 iyul 2025 11:51
197

Sabah bu ay üzrə pensiyaların ödənilməsi yekunlaşdırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən iyulun 22-də respublika üzrə bu ayın pensiyalarının tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki, bu barədə fondun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.