21 iyul 2025 19:42
114

Britaniya öz ərazisində ABŞ-ın nüvə silahını yerləşdirib

2008-ci ildən bəri ilk dəfə olaraq ABŞ-ın nüvə silahı Britaniya torpaqlarında yerləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə bir neçə mənbəyə istinadən "UK Defence Journal" məlumat yayıb.

Mənbə yazır ki, ötən həftə Kral Hərbi Hava Qüvvələrinin Suffolkdakı Lakenheath bazasına bir neçə B61-12 termonüvə bombası gətirilib.

Mənbələr bombaların ABŞ Hərbi Hava Qüvvələrinin Nyu-Meksikodakı Kirtland bazasından gətirildiyini bildirib. ABŞ və Böyük Britaniya Müdafiə nazirlikləri bu məlumatı şərh etməyiblər.