23 iyul 2025 13:34
127

Azərbaycanda 2001-ci ilə qədər verilmiş torpaq sənədlərinə əsasən mülkiyyət hüququ tanınacaq

Azərbaycanda 2001-ci ilə qədər yerli icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən verilmiş torpaq sahələrinə dair sənədlər hüquq müəyyənedici sənəd kimi qəbul ediləcək.

“İki sahil” xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, vətəndaşların həmin torpaq sahələrində uzun müddət mübahisəsiz yaşaması nəzərə alınaraq, icra nümayəndələrinin verdiyi sənədlər əsasında mülkiyyət hüququnun tanınması təmin ediləcək:

“Bu dəyişiklik yüz minlərlə vətəndaşa hüquqi status əldə etmək imkanı verəcək”.

N. Alimova əlavə edib ki, bununla bağlı vətəndaşlar "ASAN Xidmət" mərkəzlərinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə müraciət edə bilərlər.

Xatırladaq ki, ölkə başçısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik edib.