Bakı Slavyan Universiteti (BSU) 2025/2026-cı tədris ili üzrə 2023-cü ildə təsis edilmiş “İbtidai sinif müəllimliyi və xarici dil müəllimliyi ixtisaslarına qəbul olan oğlan tələbələr üçün təqaüd proqramı” elan edir!
Bu təşəbbüs BSU-da müəllimlik ixtisaslarına oğlan tələbələri cəlb etmək, onların pedaqoji fəaliyyətə marağını artırmaq,stimullaşdırmaq və təhsildə gender balansının qorunmasına töhfə vermək məqsədinə xidmət edir.
Daxili təqaüd proqramı ayda 200 AZN olmaqla, universitetimizə qeyd olunan ixtisalara qəbul olan və 450 baldan yuxarı bal toplayan oğlan tələbələr üçün nəzərdə tutulub.
Gələcəyin müəllimləri Bakı Slavyan Universitetində yetişir!
Ailəmizə üzv olmağa tələsin!