23 iyul 2025 14:22
138

Rusiya-Gürcüstan sərhədində sıxlığın səbəbi məlum oldu

Gürcüstan paytaxtında ölkənin əsas idman arenası olan "Dinamo Arena" stadionunda çıxış edəcək amerikalı müğənni Castin Timberleykin rusiyalı pərəstişkarları yüzlərlə avtomobillə Rusiya-Gürcüstan sərhədindəki "Verxniy Lars" və Gürcüstanın "Dariali" keçid məntəqələrində toplaşıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "Kommersant" məlumat yayıb.

"Pirveli” teleşirkətinin məlumatına görə, konsertə daxil olmaq istəyənlərin Rusiya tərəfdəki keçid məntəqəsində bir kilometr uzunluğunda növbəsi düzülüb. Bu məlumatı “Kommersant”a sərhəddə yerləşən Stepantsminda (Kazbegi) şəhərinin bələdiyyəsindən təsdiqləyiblər:

“Həqiqətən də, orada həmişəkindən daha çox avtomobil var”, – bələdiyyənin əməkdaşı Lia Nerqadze bildirib. Konsertin turizm mövsümünün qızğın vaxtında, Rusiyadan artıq çoxlu qonaqların olduğu bir vaxtda baş tutması vəziyyəti daha da gərginləşdirir.