23 iyul 2025 14:25
154

BDU-da abituriyentlər üçün “Açıq qapı” günü elan edilib

Bakı Dövlət Universiteti iyulun 28-dən avqustun 8-dək abituriyentlər üçün "Açıq qapı" günü elan edir.

“İki sahil” xəbər verir ki, "BDU könüllüləri" təşkilatının təşkilatçılığı ilə keçiriləcək "Açıq qapı" günü çərçivəsində BDU-nun fakültə və ixtisasları haqqında ətraflı məlumat veriləcək, beynəlxalq əlaqələri, əməkdaşlıq imkanları, tələbə həyatı və sosial mühitlə bağlı məlumatlandırıcı infosessiya, tədris və elmi infrastrukturla tanışlıq turu, əlavə sualları cavablandırmaq üçün sual-cavab sessiyası təşkil olunacaq.

Qeydiyyat linki: https://forms.gle/f3ae7nK2qXZ84TSk9