23 iyul 2025 14:35
154

Corc Dik: İnanıram ki, Yaxın Şərqdə və Cənubi Qafqazda sülh bərqərar olacaq

İsrailin Azərbaycandakı səfiri Corc Dik Cənubi Qafqazda sülhün bərqərar olacağına ümidvardır.

“İki sahil” xəbər verir ki, o, bu barədə Azərbaycanda diplomatik missiyasının başa çatması ilə əlaqədar xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra “X” hesabında yazıb.

"XİN əməkdaşlarına son altı il ərzində əməkdaşlıq, etimad və dostluğa görə dərin minnətdarlığımı bildirirəm. Buradan gedərkən özümlə təkcə xatirələr deyil, həm də ümid aparıram – bu, münasibətlərimizin inkişaf edəcəyinə və Yaxın Şərqdə, Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhün zəfər çalacağına olan ümiddir", - səfir yazıb.

İki ölkə arasında münasibətlərin yaxşılaşmasından danışan səfir Azərbaycanın İsraildə səfirliyinin açılmasının əhəmiyyətini vurğulayıb və bunu tərəfdaşlığın artan dərinliyini əks etdirən tarixi addım adlandırıb.