23 iyul 2025 16:03
121

2 milyondan çox qəzzalı aclıqdan əziyyət çəkir - “The Telegraph”

Qəzzada uzun sürən qarşıdurma səbəbindən uşaqlar da daxil olmaqla 2 milyondan çox insan qida çatışmazlığından əziyyət çəkir.

“İki sahil” xəbər verir ki,  bu barədə “The Telegraph” humanitar təşkilatların məlumatlarına istinadla məlumat yayıb.

Eyni zamanda, CNN qidalanmanın səbəb olduğu ağırlaşmalardan dünyasını dəyişən dörd yaşlı qızın hekayəsindən bəhs edir. O, təxminən bir ay xəstəxanada yatdıqdan sonra bazar günü "həyat uğrunda mübarizədən əl çəkdi".

Telekanal Fələstin Səhiyyə Nazirliyinə istinadən qeyd edir ki, 2023-cü ilin oktyabrında münaqişə başlayandan bəri Qəzzada ən azı 76 uşaq və 10 böyük aclıqdan ölüb.