23 iyul 2025 16:05
141

"Baza" kanalı fəaliyyətini davam etdirəcəkmi?

Rusiyanını "Baza" Telegram kanalının həmtəsisçisi və baş direktoru Anatoli Süleymanov redaksiyanın işini davam etdirmək niyyətində olduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Bildirilir ki, bir gün əvvəl media layihəsinin ofisində axtarışlar aparılıb. Altı əməkdaş Rusiya Federasiyasının Mərkəzi İnzibati Dairə üzrə İstintaq Komitəsinə aparılıb. Bundan sonra baş redaktor Qleb Trifonov və prodüser Tatyana Lukyanova rüşvət işi ilə bağlı saxlanılıb.

"Redaksiya qrupu işləyir, baxmayaraq ki, mühasibimizin dünən saxlanıldığını nəzərə alsaq, bunu etmək olduqca çətindir. Bütün rabitə avadanlığı və elektron rəqəmsal imzaları müsadirə edilib, məsələn, onlarsız vergi orqanlarına hesabat göndərmək mümkün deyil”, - Süleymanov TASS-a bildirib.