23 iyul 2025 17:13
139

Fransa ordusunun Baş Qərargah rəisi istefaya göndərilib

Fransa Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Terri Byurkar istefaya göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin naziri Sebastyen Lekornu sosial şəbəkələrdə bildirib.

Qeyd edilib ki, bu vəzifəni Hərbi Hava Qüvvələrinin (HHQ) generalı Fabyen Mandon tutacaq.

"Dörd il ərzində Fransanın Müdafiə Baş Qərargahının rəisi kimi ən yüksək vəzifəni tutan ordu generalı Terri Byurkara təşəkkürümüzü bildiririk", - nazir deyib.