Almaniya və Fransa Vaşinqtonun ticarət tarifləri məsələsində güzəştə getməyəcəyi təqdirdə Avropa İttifaqından ABŞ-a qarşı cavab tədbirləri tələb edir.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Nəşrin mənbələri qeyd edir ki, Berlin “sərt cavab verməklə hədələmək istəyir” və tariflər məsələsində ABŞ prezidenti Donald Trampa uzun müddət “təsir rıçaqları”nın tərəfdarı olan Parislə birləşib.
Nəşr Fransanın sənaye naziri Mark Ferrakçidən sitat gətirib: "Biz danışıqlara yanaşmamızı dəyişməliyik. Biz cavab zərbəsi endirməyi bacarmalıyıq və danışıqların balansını dəyişdirəcək istənilən variantı təklif etməliyik".