23 iyul 2025 18:57
142

Qırğızıstandan rus dili ilə bağlı TƏKLİF

Qırğızıstan Rusiyaya getməyi planlaşdıran əmək miqrantlarının uşaqları üçün öz ərazisində rus dili testlərinin keçirilməsini təklif edib.

“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Respublika Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu məsələ Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Almaz İmanqaziyevlə Rusiyanın Bişkekdəki səfiri Sergey Vakunov arasında keçirilən görüşdə müzakirə olunub.

“Qırğızıstan tərəfi bu cür testlərin Qırğızıstan Respublikasının ali təhsil müəssisələrinin bazasında keçirilməsi imkanlarının nəzərdən keçirilməsini təklif edib”, - deyə ölkənin Xarici İşlər Nazirliyi qeyd edib.

Tərəflər, həmçinin əmək miqrantları üçün səfərə qədər hazırlıq məsələlərini müzakirə ediblər.