Saatlıda avtomobil 68 yaşlı qadını avtomobil vurub.
“İki sahil” xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu, Bəylik kəndi ərazisindən keçən 52-ci km-də qeydə alınıb.
1991-ci il təvəllüdlü Həşimov Vüsal Miralı oğlu idarə etdiyi “VAZ-21074” markalı, avtomobil ilə Hacıqabul istiqamətində hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada - 1957-ci il təvəllüdlü Əliyeva Rahilə Babaş qızını vurub. Piyada aldığı xəsarətlər nəticəsində Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.