24 iyul 2025 09:50
145

Arvadını və qayınatasını bıçaqlayıb

Neftçalada kişi arvadını və qayınatasını bıçaqlayıb.

Hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb.

Bağırov Fərid Məqsəd oğlu qayınatası Əhmədov Hüseyn Təvəkkül oğlunu qəsəbədə yerləşən parkda bədən xəsarəti yetirib. Sonra isə arvadı Bağırova Əfsanə Hüseyn qızının yaşadığı evə gedərək ona xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.

"Report"