Özbəkistanın Əndican əyalətinin bir neçə rayonunda zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji-Proqnoz Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, 3,6 bal gücündə zəlzələnin episentri Qırğızıstanın sərhədyanı Cəlalabad şəhəri olub.
Zəlzələnin yeraltı ocağı 15 kilometr dərinlikdə olub.
Qurbanlar və dağıntılar barədə məlumat yoxdur.