25 iyul 2025 22:33
150

Tailand və Kamboca atəşkəsə razılaşıb

Malayziyanın baş naziri Ənvər İbrahim Tailand və Kambocanın hökumətlərinin atəşkəsə razılaşdıqlarını açıqlayıb.

“İki sahil” “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Malayziyanın “Bernama” agentliyi məlumat yayıb.

"Ənvər İbrahim bildirib ki, hər iki ölkə razılığa gəlib. Lakin hərbçilər artıq sərhəddə yerləşdiyinə görə, qoşunların çıxarılması üçün bir müddət vaxt istəyiblər", - agentlik bildirib.