25 iyul 2025 10:10
162

Britaniya Avstraliya ilə təhlükəsizlik tərəfdaşlığını gücləndirir

Böyük Britaniya Avstraliya ilə 50 illik müqavilə imzalayaraq AUKUS təhlükəsizlik tərəfdaşlığını dərinləşdirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, ki, London və Kanberra arasındakı razılaşma növbəti 25 il ərzində 20 milyard funt sterlinq (27 milyard dollar) dəyərində yeni ixrac imkanları yaratmalıdır.

“Yeni 50 illik AUKUS müqaviləsi Böyük Britaniya və Avstraliyanın sualtı proqramlarını dəstəkləyəcək, hər iki ölkədə on minlərlə iş yeri yaradacaq, onların sənaye potensialını gücləndirəcək və Böyük Britaniyanı və müttəfiqlərimizi qoruyan sualtı qayıqların tədarükünü təmin edəcək”, - deyə məlumatda bildirilir.

Müqavilənin iyulun 25-də Böyük Britaniyanın müdafiə naziri Con Hili və xarici işlər naziri Devid Lamminin Avstraliyaya səfəri zamanı imzalanacağı gözlənilir.