Yeni Azərbaycan Partiyası (YAP) Ordubad rayon təşkilatının inzibati binasında partiya sıralarına qoşulan yeni üzvlərə vəsiqələr təqdim edilib.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə və Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov YAP sıralarına yeni daxil olanlara partiyanın üzvlük vəsiqələrini təqdim ediblər.
Partiya üzvləri güclü, qüdrətli, hər günü tariximizə uğur səhifəsi kimi yazılan Azərbaycanla qürur duyduqlarını, Yeni Azərbaycan Partiyasının üzvü olmağın böyük məsuliyyət və şərəf olduğunu qeyd ediblər.