28 iyul 2025 22:59
194

Şəhid hərbi həkimin qəhrəmanlığı

Qərib Həsənov Müzəffər oğlu - Azərbaycanlı hərbi həkim, Birinci Qarabağ müharibəsi şəhidi,  Azərbaycan Milli Ordusunun könüllü üzvü, Sırxavənd döyüşlərində böyük şücaət göstərərək itkin düşmüş və sonradan şəhid hesab olunmuşdur.

Qərib Həsənov 1955-ci il dekabrın 29-da Sumqayıt şəhərinin "Birləşmiş məhəllə" adlı ərazisində anadan olmuşdur. Əslən Qubadlı rayonunun Eyvazlı kəndindəndir. Orta təhsilini Sumqayıt şəhər 18 nömrəli məktəbdə əla qiymətlərlə başa vurmuşdur. Daha sonra tib təhsilini Rusiya Federasiyasında alaraq həkim ixtisasına yiyələnmişdir.

Ali təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdan Qərib Həsənov uzun illər Hacı Zeynalabdin qəsəbəsində yerləşən hərbi hissədə hərbi həkim kimi fəaliyyət göstərmişdir. Peşəkarlığı və insani keyfiyyətləri ilə iş yoldaşlarının dərin hörmətini qazanmışdır.

1987-ci il fevralın 13-də ailə həyatı qurmuşdur. 1991-ci il martın 11-də birinci qızı Aytac dünyaya gəlmişdir. Qərib Həsənov ailəsi ilə xoşbəxt həyat sürmüşdür.

1992-ci il fevral ayında Xocalı soyqırımı baş verdikdən sonra Qərib Həsənov qisas eşqi ilə yaşamağa başlayıb. Könüllü şəkildə Azərbaycan Milli Ordusuna yazılmağa qərar verir. Milli ordu geyimində şəkil çəkdirib gətirir xanımına verir ki, saxla bu şəkili. Sanki bilirmiş ki, bu yolun sonu yoxdur. Həmin ilin aprel ayında orduya qatılır və iki dəfə cəbhədə xidmət göstərərək salamat geri qayıdır. İyun ayının 1-i Qərib atasına  deyir ki, mən müharibəyə gedirəm və atasından xeyir-dua alır. Sonra bu xəbəri xanımına verir. Xanımı Kifayet ağlayır, getmeyini heç istəmir. Bildirir ki, məni uşaqla qoyub hara gedirsen? Gedib atava deyəcəm. Qərib deyir ki atama dedim, dedi get, sən getmə, mən getməyim, bəs kim getsin?

Kifayet xanım deyir: Aytac son gecə çox ağlayırdı, hər zaman atasının qucağında sakitləşən uşaq ancaq ağlayırdı. Səhərə qədər Qəribin sinəsinin üstündə uzandı, ağladı. Səhərə yaxın yuxuya getdi. Özümü bağışlamaram Qərib gedəndə dedi ki, Aytacı gətir öpüm gedim. Dedim səni görsə dalınca ağlayacaq, qoy yatsın, yəqın xəstələnib. Hər zaman su atardım arxasıyca, bu dəfə unutdum. Özumu bağışlaya bilmirəm illərdir. 2 iyun 1992-ci il Qəribi yola saldım. Dəfələrlə dönüb arxaya baxırdı. İndi bilirem ki, geri qayıtmayacağını bilirdi...

Döyuş bölgösınde olan Qörib qızına görə narahat idi. Bir muddətdən sonra icaze ərizesi yazır ki, qızım xəstədi icazə verin gedib görum qayıdım. Eləhemın vaxt xəbər gəlir ki, Sırxavənddə ağır döyüşler gedir. Qəribgilin qrupu Sırxavənd ugrunda doyuşlərə qatılır. İcazə ərizesi stolun üzərinde qalırn. O, Ağdam rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşmüşdür. Həmin döyüşlər zamanı 13 yaralı əsgəri təkbaşına xilas etmiş, lakin bir gənc əsgərə verdiyi sözə görə -  "gəlib seni də xilas edəcəyəm" - əsgərin ardınca gedir, lakin geri qayıtmır...

Döyüş yoldaşları döyüş meydanını Qəribsiz və digər itkilərlə tərk edirlər. Daha sonra həmin ərazidə hərbi texnikanın vurulduğu xəbəri yayılmışdı. Qərib Həsənov bu hadisədən sonra itkin düşmüş və rəsmi olaraq şəhid elan edilmişdir. Şəhid xəbəri ailəsinə 1992-ci il iyunun 17-də çatdırılmışdır.

Qərib Həsənovun ikinci qızı 1993-cü il fevralın 10-da dünyaya gəlmişdir. Ailəsi onun sağ qayıdacağına ümid edərək yeni doğulan övladına Ümidə adını vermişdir. Şəhidin hazırda iki qızı və altı nəvəsi var.

Qərib Həsənovun xatirəsi onun ailəsi və yaxınları tərəfindən yaşadılır. Onun göstərdiyi igidlik və fədakarlıq Azərbaycan xalqının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin simvollarından biri kim yadda qalmışdır.

Ölümünden sonra şəhidin qızı Aytac atasının qəhrəmanlığının hər kəs tərəfindən bilinməsi, tanınması üçün "atamın mezarı yoxdur ancaq bir çox yerlərdə anım guşələri olsun" deyib yola çıxıb. Hərbiçi həkim Şehid Qərib Həsənovun şəhadetinden sonra Hacı Zeynalabdin Tağıyev qəsəbəsi şəhidlər xiyabanında, Sumqayıt birləşmiş məhəllədə, Gəncə İmamzadə məscidi, Siyəzən Şəhid məscidi, Ağcabədi Qəhrəmanlar parkında abide guşəsi, Sumqayıt 18 nömreli məktəbdə, Şəhid ev muzeyində ve Tarix muzeyinde anım guşələri var.