27 iyul 2025 00:03
125

Mahir Emreli “Roma”ya qarşı oynadı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Kayzserslautern” bu gün yeni mövsümün əsas hazırlıq oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, “Betze”də (yerli azarkeşlər stadionlarını belə adlandırırlar) keçiriilən qarşılaşmada Almaniya 2-ci bundesliqa təmsilçisi İtaliyanın “Roma” komandasını qəbul edib.

M.Emreli əsas heyətdə yer alıb.

Fasilədən sonra, 46-cı dəqiqədə “Kayzerslautern”in baş məşqçisi 7 oyunçunu əvəzləyib ki, onlardan da biri M.Emreli olub.

Sözügedən görüş "Roma"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, oyun “Kayzerslaytern”in 125 illiyinə həsr olunub.