27 iyul 2025 01:53
122

Azərbaycan yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib

Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.

“İki sahil” xəbər verir ki, komanda Ukrayna seçməsi ilə qarşılaşıb.

Əlavə vaxta gedən görüş rəqibin 71:67 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçda Rumıniya yığmasına da məğlub olub - 34:60. Komanda növbəti görüşünü iyulun 27 -də Gürcüstana qarşı keçirəcək.