27 iyul 2025 14:14
103

Tottinin oğlu futbolçu karyerasını 19 yaşında bitirib

İtaliya milisinin və "Roma"nın sabiq hücumçusu Françesko Tottinin oğlu Kristian futbolçu karyerasını 19 yaşında bitirib.

“İki sahil” "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, o, bundan sonra atasının futbola aid açdığı şirkətdə çalışacaq.

Qeyd edək ki, bir müddət "Roma"nın 18 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən gənc Totti İspaniyada "Rayo Valyekano"nun ikinci, ölkəsində isə "Avezzano" və "Olbia" klublarının formasını geyinib.