Ötən mövsüm "Səbail”də oynamiş İnnosent Nşutinin yeni klubu bəlli olub.
“İki sahil” xəbər verir ki, Ruanda millisinin hücumçusu Tunisdə çıxış edəcək.
Nşuti bu ölkənin yüksək liqa təmsilçisi “Zarzis”lə anlaşıb. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Nşuti bu ilin yanvarından iyununa qədər "Səbail"də oynayıb.