"İmişli" iki futbolçusu ilə müqaviləni uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçilər Elmir Rəhimzadə ilə 1, Lətif Rzayevlə isə 2 illik yeni müqavilə bağlanıb.
Qeyd edək ki, yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "İmişli" bu yay Həzrət İsayev, İdris İnqilablı, Andrey Sinenka, Mehdi Tahirov, Vüsal Qənbərov və Dioqo Vaskes Rollo ilə də müqaviləni uzadıb.