27 iyul 2025 19:22
115

Naxçıvan cüdoçusu beynəlxalq turnirin qalibi olub

Ölkəmizdə Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Bakı Avropa Cüdo Ümidləri Turniri keçirilir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, beynəlxalq yarışa 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) qatılıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Naxçıvan Şəhər Uşaq-Gənclər İdman (UGİM) məktəbinin idmançısı Ləman Bağırova 15 yaşadək idmançılar arasında 36 kiloqram çəki dərəcəsi üzrə birinciliyə yiyələnib.

Ləman bu nəticə ilə Naxçıvan cüdoçuları arasında beynəlxalq turnirin qalibi olan ilk idmançıdır.

Qeyd edək ki, Naxçıvan UGİM yarışda məşqçi Orxan Quliyevin rəhbərliyi ilə 4 oğlan və 1 qız idmançı ilə təmsil olunur. Turnirdə mübarizə davam edir.