“Neftçi”nin Polşa təlim-məşq toplanışı çərçivəsində Yunanıstanın “Asteras Tripolis” klubuna qarşı bu gün Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) Keltse şəhərindəki Pilkarski stadionunda keçirilməli olan yoxlama oyunu ləğv olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.
Bildirilib ki, oyunun ləğv olunmasına güclü leysan səbəb olub.