27 iyul 2025 21:27
118

"Qəbələ" "Sumqayıt"a qalib gəldi

Bu gün "Qəbələ" və "Sumqayıt" yoxlama oyununda qarşılaşıblar. 

“İki sahil” xəbər verir ki, görüş Qəbələdə keçirilib. 

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Domi Massumo vurub.

Qeyd edək ki, yay hazırlıq toplanışında "Qəbələ" daha əvvəl "Şamaxı" (2:1) və "Kəpəz" (2:0) ilə qarşılaşıb. "Sumqayıt" isə "İmişli" ilə 0:0 hesablı heç-heçə etmişdi.