Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsinin qalibi olub.
“İki sahil” xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda finalda Latviyaya (15:12) qalib gəlib.
Qeyd edək ki, 1/4 finalda Çini üstələyən yığma (18:12), yarımfinalda Rumıniya təmsilçisi “Rapid” (21:15) üzərində qələbə qazanıb. Komandamız qrup mərhələsində Çexiyanı 20:12, Slovakiyanı isə 21:8 hesabı ilə məğlub edib.