28 iyul 2025 10:38
129

Coşqun Diniyev Türkiyənin "Çorum" klubundan ayrılıb

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubundan ayrılıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, C.Diniyev "Çorum"a bu ilin fevralında keçmişdi.