"Araz-Naxçıvan" baş məşqçi Elmar Baxşıyevin köməkçiləri ilə müqavilə müddətini uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rasim Ramaldanov, Ramiz Kərimov, Əfran İsmayılov və Todor Terzievlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Naxçıvan təmsilçisi daha əvvəl Elmar Baxşıyevlə də yeni - 1 illik müqavilə imzalandığını açıqlamışdı. Komanda onun rəhbərliyi altında 2024/2025 mövsümünü üçüncü pillədə başa vuraraq tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.