Fransanın PSJ klubunun futbolçusu Milan Şkrinyar karyerasını Türkiyədə davam etdirəcək.
“İki sahil” xəbər verir ki, bu bu barədə idman jurnalisti Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbə iddia edir ki, 30 yaşlı müdafiəçi "Fənərbağça" ilə danışıqları yekunlaşdırıb.
Paris təmsilçisi Şkrinyarla artıq bu həftə vidalaşacaq. Hazırda keçidin icarə, yoxsa tam satış olacağı müəyyənləşdirilir.
Qeyd edək ki, Milan Şkrinyar son mövsümün ikinci yarısında "Fənərbağça"da icarədə olub. O, İstanbul təmsilçisi ilə meydana çıxdığı 23 oyunda 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.