28 iyul 2025 15:36
131

Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılar Vətənə qayıdıblar

İyulun 20-dən 26-na kimi Şimali Makedoniyanın Skopye, Kumanov və Xorvatiyanın Osiyek şəhərlərində keçirilən XVIII Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edən idmançılar Vətənə qayıdıblar.

Milli Olimpiya Komitəsindən “İki sahil”ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Avropanın 50 ölkəsindən 4 mindən çox idmançının iştirak etdiyi Skopye-2025-də 14-18 yaşarası idmançılar 15 idman növü üzrə mübarizə aparıblar. Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunub.

Azərbaycan idmançıları yarışları 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla başa vurub.