Litvanın baş naziri Gintautas Paluckas istefa verib və qərarı barədə prezident Gitanas Nauseda məlumat verib.
“İki sahil” xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Gintautas Paluckas mənə zəng edərək istefası barədə məlumat verdi", - deyə, prezident qeyd edib.
Bundan əvvəl Nausėda həyat yoldaşının qardaşının bizneslə məşğul olması ilə bağlı baş nazirdən izahat və ya istefa tələb etmişdi.