31 iyul 2025 11:30
128

İsti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işəgötürənlərə müarciət edərək bildirir ki, havanın temperaturu 41 dərəcə selsidən çox olan hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən biridir.

“İki sahil” xəbər verir ki,  Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən vertilən məlumata görə, Əmək Məcəlləsinə əsasən, həmin hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli, fasilələrin sayı, müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Həmin fasilələr iş vaxtına daxil edilməli və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlldir.

İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verilərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər.