Rusiya Ukraynaya qarşı hərəkətləri ilə 50 il əvvəl imzalanmış Helsinki Yekun Aktında qeyd olunan öhdəliklərdən uzaqlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sosial şəbəkədə yazıb.
“Rusiya Ukraynanı məhv etmək istəyir. Bununla onlar 50 il əvvəl Helsinki Yekun Aktında verdiyi vədi pozurlar”, - o vurğulayıb.
Kallas bildirib ki, sənəd suverenliyə, ərazi bütövlüyünə və hər bir ölkənin öz müttəfiqlərini müstəqil seçmək hüququna hörməti təsbit edir.
“Biz Rusiyanın bu prinsipləri məhv etməsinə imkan verməyəcəyik”, - o əlavə edib.