01 avqust 2025 08:42
130

Kuril adaları yaxınlığında maqnitudası 5,6-yə qədər olan üç zəlzələ olub

Avqustun 1-də gecə saatlarında Kuril adalarının sularında maqnitudası 5,6-yə qədər olan üç zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi xəbər verib.

Məlumata əsasən, ilk zəlzələ "UTC" vaxtı ilə saat 21:03-də Severo-Kurilskdən 195 km aralıda baş verib, maqnitudası 5,6 olub.

5,3 bal gücündə ikinci zəlzələ Petropavlovsk-Kamçatskidən 155 km aralıda saat 21:44-də baş verib. Üçüncü zəlzələnin episentri Severo-Kurilskdən 94 km aralıda, maqnitudası 5,6 olub, saat 01:28-də baş verib.