Yaponiyanın şərq sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Seysmik hadisənin 31 min nəfər əhalisi olan Hokkaydo adasının şimal-şərqindəki Nemuro şəhərindən 108 km aralıda, 10 km dərinlikdə qeydə alınıb.
Sunami təhlükəsi barədə məlumat verilməyib.