Çində ilk dəfə insanabənzər robot aspiranturaya daxil olub.
Çinin aparıcı incəsənət məktəblərindən biri olan Şanxay Teatr Akademiyası "Xueba-01" adlı robotu rəsmi olaraq qəbul edib.
Robot Şanxay Elm və Texnologiya Universiteti tərəfindən "DroidUp Robotics" ilə birgə hazırlanıb.
Humanoidin yaradıcılarının fikrincə, robot "yaraşıqlı kişi"yə bənzəyir. Onun hündürlüyü 175 sm-dir. Robot Çin dilində ətrafdakılarla səlis ünsiyyət qurur və insan üz ifadələrini təkrarlaya bilir.
Oxu.Az