04 avqust 2025 16:53
121

"Tesla" İlon Maska 30 milyard dollar ödəyəcək

"Tesla"nın qurucusu və baş direktoru İlon Maska daha bir mükafat verilib: cari qiymətlərlə dəyəri 29 milyard dollardan çox olan 96 milyon səhmin ona təhvil verilməsini təsdiqlənib.

“İki sahil” xəbər verir ki, şirkət bunu səhmdarlara göndərdiyi məktubda “İlonun enerjisinin "Tesla" üzərində cəmlənməsini” təmin etmək istəyi və Maskın son səkkiz ildə əhəmiyyətli təzminat almaması ilə izah edib.

Mask 13% payla "Tesla"nın ən böyük fərdi səhmdarıdır. 2018-ci ildə "Tesla" onunla müqavilə bağlayıb. Şirkətin dəyəri 100 milyard dollara çatdıqdan sonra "Tesla"nın bazar kapitallaşmasında hər 50 milyard dollara "Tesla səhmlərinin 1%-ni alacaq. Bununla belə, 2024-cü ildə Delaver məhkəməsi Maskın şirkətin səhmlərinin qiymətinə əsasən 55,8 milyard dollar dəyərində qiymətləndirilirdi.