Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, son oyun günündə "Kayrat" "Slovan Bratislava" ilə, "Zalsburq" "Brügge" ilə, "Ludoqorets" "Ferentsvaroş"la, "Lex" "Srvena Zvezda" ilə, "Feyenoord" "Fənərbağça" ilə, "Nitsa" isə "Benfika" ilə üz-üzə gələcək.
Qeyd edək ki, tərəflər arasında cavab görüşləri bir həftə sonra, avqust ayının 12-də baş tutacaq.
6 avqust
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
Saat 19:00, "Kayrat" - "Slovan Bratislava";
Saat 21:00, "Zalsburq" - "Brügge";
Saat 21:30, "Ludoqorets" - "Ferentsvaroş";
Saat 22:30, "Lex" - "Srvena Zvezda";
Saat 23:00, "Feyenoord" - "Fənərbağça";
Saat 23:00, "Nitsa" - "Benfika".