Argentina millisinin hücumçusu Covanni Simeone hazırda formasını geyindiyi "Napoli"ni (İtaliya) tərk edəcək.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, "Atletiko"nun (İspaniya) baş məşqçisi Dieqo Simeonenin oğlu karyerasını "Torino"da davam etdirəcək.
Tərəflər 8 milyon avro qarşılığında, müddəti 2028-ci ilə qədər olan müqavilə imzalamaq barədə razılığa gəliblər. 30 yaşlı oyunçunun maaşının 1,7 milyon avro olacağı bildirilib.
Qeyd edək ki, C.Simeone 2022/2023 mövsümündən "Napoli"də oynayır.