Dünyanın ən məşhur kurortlarından bəzilərinin çimərlikləri sahil eroziyasına görə yox ola bilər. Bu proses quru sahil boyunca hərəkət edərkən sahil xəttinin aşınması ilə əlaqələndirilir.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Bildirlir ki, dəniz kənarında yaşayan dünya əhalisinin 10%-i, infrastruktur və turist çimərliklərinin təhlükəsizliyi risk altındadır.
Sahil eroziyası prosesi qlobal istiləşmə, tufanlar və güclü qabarmalar səbəbindən dəniz səviyyəsinin qalxması ilə əlaqələndirilir.
2020-ci ildən bəri sahildə hər il 3-4,5 metr çimərliyin itirildiyi Amerikanın Rodante şəhərində sahilin bərpası 40 milyon dollara başa gələcək. Qəzet qeyd edir ki, şəhər hakimiyyətinin belə pulu yoxdur.
Barselonada ildə 30 kubmetr qum itirilir ki, bu da həcmcə 12 olimpiya hovuzuna bərabərdir.