07 avqust 2025 00:13
108

“Air France” haker hücumuna məruz qalıb

“Air France” aviaşirkəti haker hücumuna məruz qalıb.

“İki sahil” xəbər verir ki, şirkət saytına üçüncü şəxslər tərəfindən müdaxilə olunduğunu bildirib. Bir neçə min sərnişinə aid məlumatlar ələ keçirilib.

Bununla belə, hakerlər sərnişinlərin bank məlumatları və pasport nömrələrini ələ keçirə bilməyiblər. Götürülən informasiya başlıca olaraq müştəri xidmətlərinin sərnişinlərlə yazışmalarıdır.