06 avqust 2025 14:32
158

Danışıqların başlanması Ukraynadakı vəziyyətin nizamlanmasında həlledici addım idi - Çin XİN

Ukraynada hərbi münaqişənin həlli üçün həlledici mərhələ yaxınlaşır.

“İki sahil” xəbər verir ki, "Kommersant"a istinadla xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi bildirib.

Onun fikrincə, Rusiya ilə Ukrayna arasında danışıqların başlanması mühüm addım idi.

Nazir bu məsələni Braziliya prezidentinin xüsusi müşaviri Selso Amorimlə telefon danışığında qaldırıb. Onlar digər məsələlərlə yanaşı, Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Vanq Yinin sözlərinə görə, iki ölkənin hazırladığı nizamlanma planı "böhranın gərginləşməsinin aradan qaldırılmasında müsbət rol oynayıb".

"Çin və Pakistanın Qlobal Cənub ölkələri ilə birlikdə yaratdığı Sülh Dostları Qrupu obyektiv və rasional mövqe nümayiş etdirərək dialoq və danışıqların təşviqi üçün uğurlu addımlar atıb. Rusiya və Ukrayna artıq mühüm addım ataraq danışıqlara başlayıblar", - nazirin sözləri Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.