06 avqust 2025 20:30
117

Ərdoğan Ukraynaya səfər edəcək? - AÇIQLAMA

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri hələlik planlaşdırılmır”. 

“İki sahil” xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.

Qeyd edək ki, avqustun 4-də Ərdoğanın Ukraynadakı münaqişənin həllinə kömək etmək üçün Ukrayna lideri Volodimir Zelenskinin dəvəti ilə Kiyevə səfər edəcəyi barədə xəbər yayılıb.

Daha sonra Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal Türkiyə liderinin Kiyevə səfəri ilə bağlı məlumatları təkzib edib. 

O qeyd edib ki, belə bir səfərin təşkili istiqamətində iş gedir, lakin hazırda təsdiqlənməyib.