07 avqust 2025 09:39
99

Monqolustanda dövlət şirkətlərin sayı azaldılacaq

Ölkənin Nazirlər Kabinetinin növbəti iclasında dövlət şirkətlərin sayının 109-dan 87-yə endirilməsi barədə qərar verilib.

İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, 2025-ci ilin birinci yarısının əvvəlinə dövlətin iştirakı ilə 109 şirkət 11 sektorda - enerji, yol tikintisi, nəqliyyat, mədənçıxarma və bankçılıq sahəsində fəaliyyət göstərir. Onlardan 86-sı ana, qalanları isə törəmə müəssisələrdir.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Milli Məclisin və Hökumətin qərar və tapşırıqlarının icra səviyyəsini nəzərə alaraq, dövlətə məxsus hüquqi şəxslərin səhmlərinin satışı üzrə açıq hərracların keçirilməsinə dair metodiki tövsiyələrin hazırlanması tapşırılıb. Bu tövsiyələrə dövlət səhmlərinin satışı və yenidən təşkili proseduru da daxil edilməlidir. Bu sənədlər avqustun 15-dək təqdim edilməlidir.

Bundan əlavə, dövlət orqanlarına dövlət qulluqçularının fəaliyyəti ilə bağlı hesabatları öz rəsmi internet saytlarında dərc etmək tapşırılıb. İşçilərin “A” (əla) və “B” (qənaətbəxş) qiymətləri almalarına baxmayaraq, əhalinin 60%-dən çoxu dövlət xidmətlərinin keyfiyyətindən narazı olduğunu bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”